Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Google Chrome” brauzeri saytları daha sürətli açacaq

“Google Chrome” brauzeri saytları daha sürətli açacaq

Tarix: 18 May 2021 20:28

Populyar brauzerdə reallaşdırılacaq yeni seçim veb-səhifələrin açılmasını sürətləndirəcək. Bu haqda proqram tərtibatçılarının sənədinə istinadən "WindowsLatest" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yenidən sarınma keşi (BFcache) istifadəçilər "geri" və ya "irəli" düyməsinə sıxdıqda əvvəl açılmış səhifələri daha sürətli yükləməyə imkan verəcək.

"BFcache" seçimi "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün versiyada özünü doğruldub. "Google"un mütəxəssisləri onun veb-naviqasiyanın sürətini 20% artırdığını hesab edirlər. Ancaq keş edilmiş səhifələr "JavaScript" senarilərini icra edə bilmədiklərinə görə ayrı-ayrı elementlər, məsələn, reklam nisbətən gec yüklənəcək.

"BFcache" funksiyası hələ ki "Windows", "macOS" və "Linux" üçün "Chrome 92" brauzerinin test quraşdırmasında əlçatandır, lakin tərtibatçılar onu daha geniş yaymağı planlaşdırırlar.

Milli.Az


Etiketlər:  Google Chrome brauzeri saytları daha sürətli açacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ