Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Forsaj-9”un ilk təqdimatı Tbilisidə olacaq

“Forsaj-9”un ilk təqdimatı Tbilisidə olacaq

Tarix: 19 May 2021 17:44

Dünyaca məşhur "Forsaj-9" filminin ilk premyerasının baş tutacağı ölkə açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika istehsalı olan ekran işinin təqdimatı Gürcüstanda baş tutacaq.

Bu barədə gürcü KİV orqanları məlumat yayıb. Qeyd olunub ki, premyera mayın 19-da reallaşacaq, Tbilisi və Rustavi şəhərlərinin kinoteatrlarında yayımlanacaq.

Filmin ABŞ-da premyerası isə 25 iyunda olacaq.

Qeyd edək ki, film Azərbaycanda da lentə alınıb. Daha əvvəl "Forsaj-7"də film qəhrəmanları Azərbaycanda olmuşdu. Lakin "Qafqaz dağlarında təqib" hissəsinin çəkilişləri Azərbaycan dağlarında yox, Koloradoda baş tutmuşdu.

Milli.Az


Etiketlər:  Forsaj təqdimatı Tbilisidə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ