Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 19 May 2021 21:06
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gedib.
Sonxeber.net xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovu "Vnukovo-2" hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar. Azərbaycan Hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.
Qeyd edək ki, mayın 20-də rəsmi səfər çərçivəsində Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
 
                    
                                    
                         
        
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    