Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 11:20
Məşhur aktrisa Mehtap Bayri Muğlada çəkilən və baş rolunu aldığı "Kalk gidelim" serialı bitsə də, Bodrumu tərk etməyib.
Sonxeber.net lent.az-a istinadən məlumat verir ki, İstanbulu tərk edən aktrisa yeni həyatından danışıb. Muğlada zeytun bağı alan Bayri deyib:
"Bura çox öyrəşmişəm. İndi bir zeytun bağı aldım. Kənd təsərrüfatı ilə maraqlanıram. Fermerəm. Sənədimi də aldım. Torpaq məni yaşadacaq. Mən təbiəti sevmirəm, ona aşiqəm. Əkinçilik çox səy tələb edən bir işdir. Bütün fermerləri əllərindən və böyük ürəklərindən öpürəm".