Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Virusa “toy tutaq” - VİDEO

Virusa “toy tutaq” - VİDEO

Tarix: 20 May 2021 13:20

Qol açıb peyvəndlənsək, əl açıb oynamaq asanlaşacaq

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, bu darıxdığımız mənzərədir. Bu günlərə qayıtmaq üçün isə yeganə çıxış yolumuz koronavirusa qarşı peyvənd olunmaqdır. Yeri gəlmişkən, Azərbaycanda gün ərzində vurulan vaksinlərin sayı 28 635 olub. Birinci doza üzrə 11 633, ikinci doza üzrə vurulan vaksinlərin sayı isə 17 002 -dir.

Dünyanın bir çox ölkəsində bu proses davam edir. Sərt karantin rejimi tətbiq edən bir çox ölkələr artıq vaksinasiyadan sonra normal həyata qayıtmağa başlayıblar. Məsələn, Fransa, İtaliya, Belçika və Böyük Britaniyada əvvəlki sərt məhdudiyyətlər artıq tətbiq olunmur. Eynilə koronavirusun ocağı sayılan Çində də artıq tədricən virusla sağollaşmağa hazırlaşırlar. Ən aşağı yoluxma faktı bu ölkədə hesab olunur. Kafe və restoranların iş rejimi,eynilə də toy mərasimləri bərpa olunub. Ölkədə vurulan vaksinlərin sayı isə 422 milyon dozadır.

Azərbaycanda da ilk gündən virusla mübarizədə qabaqlayıcı addımlar atılıb. Buna tək qapanmaları misal göstərmək doğru olmaz. Azərbaycan sosial dövlət olduğu üçün elə ilk gündən əsas prioritet vətəndaşların öncə sağlamlığı sonra isə sosial məişət şəraiti olub. İşsiz şəxslərə edilən 190 manat birdəfəlik ödəmələri və bundan başqa sahibkarlara minimum 250 maksimum 5000 manatlıq yardımları xatırlatmaq istəyirəm. İşsiz və xüsusi karantin rejimi dövründə gəlirini itirmiş qyri-formal məşğul şəxslərdən ibarət aztəminatlı şəxslərə ümumilikdə 450 milyon manat vəsait xərclənib. Koronavirus pandemiyası ilə bağlı olaraq 4-cü maliyyə paketi çərçivəsində 20 442 vergi ödəyicisinin 185 min 856 nəfər muzdlu işçisinə 41 milyon 753 min manat vəsait, fərdi sahibkarlardan 84 min 632 vergi ödəyicisinə isə 30 milyon 198 min manat ödəniş edilib.

Vətəndaşlara edilən bütün bu maddi yardımlar elə dövlət büdcəsindən sərf olunurdu. Bir çox obyektlərin işini dayandırması əlbəttə ki, ölkə iqtisadiyyatından təsirsiz ötüşə bilməzdi. Əsas da Toy mərasimləri....

Qeyd edim ki, son illərdə Azərbaycanda toy iqtisadiyyatı anlayışı kifayət qədər geniş şəkildə iqtisadi proseslərə təsir imkanlarına malik idi. Ekspert hesablamalarına görə illik 100 milyonlarla manat dövriyyəsi olan iqtisadi sistemdən söhbət gedir. Yəni, nəhayət etibarilə toy mərasimləri iki cütlüyün qovuşması kimi yox bir çox şəxsin öz iş yerinə qovuşması kimi də qiymətləndirilir.

Reportajımı toyla başlayıb, toyla bitirirəm. Təki bütün başlanğıcların sonu toy olsun.


Etiketlər:  Virusa tutaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ