Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” korporasiyası “Internet Explorer” brauzerinə dəstəyi dayandıracaq

“Microsoft” korporasiyası “Internet Explorer” brauzerinə dəstəyi dayandıracaq

Tarix: 20 May 2021 14:27

ABŞ-ın “Microsoft Corp” korporasiyası 15 iyun 2022-ci il tarixinədək “Internet Explorer” brauzerinə dəstəyini tamamilə dayandıracaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, şirkətin press-relizində deyilir ki, “Edge” brauzerinə quraşdırılmış "IE rejimi" köhnəlmiş veb-sayt və proqramlara giriş əldə etməyə imkan verəcək.

 

“Microsoft”dan bildirilib ki, bütün axtarış tarixçəsinin məlumatlarını və şifrləri “Internet Explorer”dən “Edge”yə bir neçə kliklə daşımaq mümkündür. Şirkət “Internet Explorer” brauzeri əsasında işləyən biznes sahələri üçün bu keçidi etməyə kömək edəcək göstərişlər siyahısı hazırlayıb.

 

Korporasiya “Internet Explorer”dən imtinanın səbəblərindən biri kimi istifadəçilərin məlumatlarının qorunmasını göstərib. “Edge” brauzeri “Microsoft Defender SmartScreen” həllinin köməyilə fişinq hücumlar və zərərli proqramlara qarşı qoruma təklif edir. Bundan başqa, “Password Monitor” funksiyası istifadəçilərin məxfi məlumatlarında sızmanı izləməyə kömək edir.

 

ABŞ-ın “Microsoft” korporasiyası 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilib. Mənzil-qərargahı Redmondda yerləşir. Şirkət proqram təminatının hazırlanması üzrə ixtisaslaşıb.

 

Emil Hüseynov




Etiketlər:  Microsoft korporasiyası Internet Explorer brauzerinə dəstəyi dayandıracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ