Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 15:06
Vətən müharibəsində qəhrəmancasına şəhid olan xüsusi təyinatlı qüvvələrin giziri Şəhriyar Abdullayevdən danışacağıq. O, oktyabrın 12-də Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 44 günlük vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda son nəfəsinə qədər döyüşən igidimiz aprel döyüşlərində də iştirak edibmiş.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, "Murovdan Kəlbəcərin qoxusu gəlir" deyən Xüsusi Təyinatlı Qüvvələrin giziri 34 yaşlı Şəhid Şəhriyar Abdullayev.
Vətən müharibəsində Azərbaycanın yeni qələbə tarixini yazan igidlərimizdən biri də Şəhriyardır. O, Murov yüksəkliyinin, Füzulinin, Hadrutun, Cəbrayılın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Oktyabrın 12-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhriyar Abdullayev, 2012-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmətə başlayıb. 2016-cı il, Aprel döyüşlərində də iştirak edib.
Kəşfiyyatçı gizirimizin Vətənə əmanət Zəhra və Firuzə adında qız övladları böyüyür.
XTQ-in giziri Şəhriyar Abdullayev Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "İgidliyinə görə" "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.