Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2021 15:50
Müğənni Sevda Əliqızının səhhətində ciddi problem yaranıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Xəbər-ətər" verilişində danışıb. O bildirib ki, ayağında podaqra var və sağalmır. Sevda ikinci əməliyyatın onu daha da ağırlaşdırdığını söyləyib:
"Pandemiyada ən böyük depressiyam, dərdim ayağım oldu. Ayağımda podaqra var. Ötən il avqustda əməliyyat olundum. 8 ay əziyyət çəkdim. 1 ay əvvəl yenidən əməliyyat olundum, ondan da betər hala düşdüm. Tək fikrim ayağımın düzəlməsidir. İndi də gedəcəm, görüm nə edəcəklər. Ola bilsin ki, ayağımın özündə ciddi problem var, alınmır, sağalmır".