Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2019 15:00
“Neftçi”nin futbolçusu Mamudu Mbodjun dünən “Arsenal”la matçda 3-cü qolu vurduqdan sonra qol sevinci yaşayərkən formasını çıxarıb.
Qol.az xəbər verir ki, bu zaman diqqət onun maykasının üzərindəki şəkilə yönəlib və bu zaman sual yaranıb – S.Babacar SY kimdir?
Serinye Babakar Si 1885-ci ildə Seneqalda doğulub. O, Seneqal İslam fəlsəfəsini yaymağa çalışıb. 1922-ci ildə Seneqalda Ticaniya qardaşlığının ilk xəlifəsi seçilib. Serinye Babakar Si Seneqalda dəxirəs (Daxiratul Kiram) yaradan ilk şəxs olub. O, 1957-ci ildə dünyasını dəyişib.
Qeyd edək ki, Mbodj Seneqaldandır.