Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 14:20
Pirallahı Sənaye Parkının rezidenti "Diamed Co" MMC-nin şpris istehsalı müəssisəsi fəaliyyətini genişləndirir.
İqtisadiyyat Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, şirkət yaxın günlərdə istehsal etdiyi məhsullar sırasına daha 5 çeşid məhsul əlavə etməklə, məhsullarının sayını 9-a çatdıracaq. Yeni məhsullar - insulin şprisləri, 1 qramlıq şprislər, müxtəlif ölçülü kəpənəklər, damardaxili kateterlər və sistem setləridir.
Hazırda müəssisədə 2, 5, 10 və 20 qramlıq olmaqla 4 növ şpris istehsal edilir. Zavodda 60-a yaxın işçi çalışır. Zavodun 3 növbəli iş rejiminə keçməsi ilə əlaqədar işçi sayının artırılması nəzərdə tutulur.