Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pedofillə dostluğuna görə boşanan Bill Geyts hələ də nişan üzüyünü taxır - FOTO

Pedofillə dostluğuna görə boşanan Bill Geyts hələ də nişan üzüyünü taxır -  FOTO

Tarix: 21 May 2021 14:34

"Microsoft" qurucusu Bill Geyts mayın 3-də xanımı Melinda Geyts ilə boşandıqlarını elan etsə də, hələ də nişan üzüyünü taxır.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki,, bu barədə "Fox News" yazır.

Belə ki, ayrıldıqlarını bildirdikdən sonra etdiyi ilk çıxışında milyarderin barmağında üzüyün olduğu görünür.

Geyts mayın 19-da ABŞ-ın Ticarət Palatası tərəfindən keçirilən virtual forumda iqlim dəyişikliyi barədə və "COVİD-19" pandemiyasıyla mübarizədəki çətinliklər haqqında danışıb.

Formal olaraq boşanmasalar da, cütlüyün illərlə ayrı yaşadığı bildirilir.

Melinda həyat yoldaşı Bill pedofil millionçu Ceffri Epşteyn ilə dostlaşdıqdan sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.

Bundan başqa, "New York Times" qəzetinin əldə etdiyi məlumata görə, Bill dəfələrlə xəyanətə cəhd edib.

Boşanma elan olunduqdan sonra Melinda bir sıra şirkətlərin üç milyard dollardan çox dəyəri olan səhmlərini götürüb.


Etiketlər:  Pedofillə dostluğuna görə boşanan Bill Geyts hələ nişan üzüyünü taxır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ