Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 17:28
Artıq bir ildən artıqdır ki, bütün dünya kainatı cənginə alan koronavirusla mübarizə aparır. Bəs Qafqazda vəziyyət necədir, peyvəndlənmə işləri hansı mərhələdədir?
Sonxeber.net xəbər verir ki, modern.az Cənubi Qafqazda koronavirusla mübarizə statistikasını araşdırıb.
Azərbaycan və Gürcüstanda koronavirusa ilk yoluxma faktı 2020-ci ilin fevral ayının sonunda qeydə alınıb. Ermənistanda isə ilk yoluxma martın 2-də aşkarlanıb. Azərbaycanda indiyə qədər 331.040 nəfər koronavirusa yoluxub, 317.609 nəfər isə sağalıb. 4.814 nəfər dünyasını dəyişib.
Hazırda aktiv xəstələrin sayı isə 8 617 nəfər təşkil edir.
Gürcüstanda bu günə qədər 334.705 nəfər koronavirusa yoluxub, 315,254 nəfər sağalıb, 4,540 nəfər ölüb. Hazırda aktiv xəstələrin sayı isə 14,911 nəfərdir.
Nəhayət, Ermənistanda 221,559 nəfər koronavirusa yoluxub, 4,364 nəfər ölüb. Aktiv xəstəlin sayı isə 209 980 nəfər isə sağalıb.
Vaksinasiya prosesi bütün çətinliklərə baxmayaraq, Cənubi Qafqazda öz əhalisini ilk peyvəndləməyə başlayan ölkə Azərbaycan olub. Azərbaycanda kütləvi peyvəndlənmə prosesi 18 yanvar 2021-ci ildən start götürüb.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olunub.Fevralın 8-dən isə 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses hələ də davam etdirilir. Ölkəmizdə vaksinasiyanın ikinci dozasının vurulması 28 gündən sonra həyata keçirilməsi qəbul olunmuşdur. Azərbaycanda verilən ümumi doza 1 795 049 ədəddir. Bu isə 100 nəfər üçün 17,7 doza düşdüyünü göstərir. Ölkədə istifadə olunan peyvəndlər "Oxford/AstraZeneca", "Sinovac" və "Sputnik V"-dir.
Gürcüstanda ilk peyvəndlənmə isə bu il martın 15-dən başlayıb. Verilən ümumi dozanın sayı 99 234-dır. Bu isə hər 100 nəfər üçün 2,49 doza düşdüyünü göstərir. İstifadə olunan peyvənd "Oxford/AstraZeneca" və "Sputnik V" sayılır.
Ermənistanda vaksinasiya Ermənistanda ilk peyvəndlənmə 8 fevral 2021-ci ilə təsadüf edir. Peyvəndin verilən ümumi dozası 10 727-dır. Hər 100 nəfər üçün 0,36 doza düşür. Ölkədə istifadə olunan peyvənd Rusiyadan alınan "Sputnik V"dir.
Statistikadan da göründüyü kimi, koronavirusun yayılmasına qarşı ən effektiv metod sayılan peyvəndləmə tempinə görə, Azərbaycan Cənubi Qafqazın lideri sayıla bilər. Bu göstərici üzrə ölkəmiz Gürcüstanı 7, Ermənistanı isə 51 dəfə çox qabaqlayır.