Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç əhalinin sayı ilə müqayisədə koronavirusa yoluxanların miqdarına görə Avropa İttifaqı ölkələri arasında liderdir

İsveç əhalinin sayı ilə müqayisədə koronavirusa yoluxanların miqdarına görə Avropa İttifaqı ölkələri arasında liderdir

Tarix: 21 May 2021 20:56

İsveç əhalinin sayı ilə müqayisədə koronavirusa yoluxanların miqdarına görə Avropa İttifaqı ölkələri arasında liderdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son 14 gün ərzində İsveçdə hər 100 min sakinə 577,5 yeni yoluxma halı qeydə alınıb. Bu, Avropa iqtisadi zonası ölkələri arasında ən yüksək göstəricidir.

İsveçin ardınca ən çox yoluxanların sayı Litvada müşahidə edilib. Bu ölkədə hər 100 min sakinə 563 yoluxma halı aşkarlanıb. Həmin göstəricisi üzrə üçüncü yeri tutan Kiprdə hər 100 min nəfərə 522 yoluxma qeydə alınıb.

Lakin yoluxmaların yüksək səviyyəsinə baxmayaraq, İsveçdə virusla bağlı ölüm hallarının sayı nisbətən azdır. Belə ki, bu ölkədə son iki həftə ərzində hər milyon nəfərə təqribən 7,9 ölüm halı qeydə alınıb.

Avropa İttifaqının digər ölkələri ilə müqayisədə İsveç pandemiya ilə mübarizədə əvvəlcə daha mülayim siyasətə üstünlük verib. Bu məsələ ilə bağlı qərarlar qəbul edilməsi əksər hallarda ekspertlərə həvalə edilmişdi. Ekspertlər isə lokdaun əvəzinə müxtəlif tövsiyələrə və vətəndaş düşüncəliliyinə arxayın olmağa qərar veriblər. Nəticədə ölkə məhdudiyyətlərin sərtləşdirilməsinə, hətta məhdudiyyətlərin tətbiqini və qayda pozucularının cərimələndirilməsini nəzərdə tutan pandemiya barədə qanunun işlənib hazırlanmasına və qəbul edilməsinə məcbur oldu. İsveçdə koronovirus qurbanlarının sayı Skandinaviya regionu üzrə bütün ölkələrin ümumi göstəricidən bir neçə dəfə aşağıdır. Öz növbəsində, ümumilikdə pandemiya dövründə bu 10 milyonluq ölkədə milyon nəfər həddini üstələyib.


Etiketlər:  İsveç əhalinin sayı ilə müqayisədə koronavirusa yoluxanların miqdarına görə Avropa İttifaqı ölkələri arasında liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ