Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2021 08:40
Ermənistanın "Pünik" futbol klubunun baş məşqçisi Yeqişe Melikyan, habelə klubun baş direktorunun müavini, Ermənistan Futbol Federasiyasının üzvü Kim Arakelyan "Zvartnos" hava limanında ölkəsinə qayıtmaq istəyən rusiyalı hücumçu Anton Kobyalkonu döyüblər.
"Championat" resursu məlumat verir ki, ermənilər rusiyalı futbolçunu yerə yıxaraq hamının gözü qarşısında təpikləyiblər.
Məlumata əsasən, "Pünik"də çıxış edən və müqaviləsi vaxtından əvvəl ləğv olunan Kobyalko klub üzvləri ilə sağollaşmağa gələrkən, baş məşqçi ilə aralarında xoşagəlməz insident yaşanıb. Lakin ürəyi soyumayan ermənilər rusiyalı futbolçunu hava limanında təkləyərək onun ünvanına təhqirlər yağdırıb və döyüblər.
Başından çoxsaylı zərbələr alan hücumçu polisə ifadə verməkdən imtina edib və Rusiyaya qayıdıb.