Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada fövqəladə vəziyyət rejiminin uzadılmasına çağırışlar səslənir

Yaponiyada fövqəladə vəziyyət rejiminin uzadılmasına çağırışlar səslənir

Tarix: 23 May 2021 20:50

Yaponiya hökuməti koronavirus pandemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin mayın 31-dən sonra da uzadılması imkanlarını araşdırır. Hazırda həmin rejim Tokio və Osaka da daxil olmaqla doqquz prefekturada tətbiq olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər veirr ki, məsələ ilə bağlı sualı cavablandıran Yaponiyanın Baş naziri Yoşihide Suqa hökumətin hazırda vəziyyəti araşdırdığını və gələn həftə fövqəladə vəziyyət rejiminin ayın sonunadək uzadılması barədə qərar qəbul edəcəyini bildirib. Baş nazir bir daha qeyd edib ki, bu zaman koronavirusun yayılmasının qarşısını almaq məqsədilə atılacaq addımlar xüsusi əhəmiyyət kəsb edir.

Xəbər verdiyimiz kimi, mayın 23-dən başlayaraq Okinava prefekturasında da fövqəladə vəziyyət rejimi tətbiq ediləcək. Bunun iyunun 20-dək davam edəcəyi də bildirilir.

Hökumətin bəzi üzvləri digər doqquz prefekturada da fövqəladə vəziyyət rejimini iyunun 20-dək uzatmağı təklif edirlər. Bu zaman həmin prefekturalarda vəziyyətin heç də gözlənilən qədər yaxşılaşmadığı əsas gətirilir.


Etiketlər:  Yaponiyada fövqəladə vəziyyət rejiminin uzadılmasına çağırışlar səslənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ