Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirilib (FOTO)

Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirilib (FOTO)

Tarix: 2 Avqust 2019 20:55

Bakı. Trend:

Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən festival 23-29 iyul tarixlərini əhatə edirdi.

Trend-in məlumatına görə, festival ərzində Hindistanın rəngarəng mədəniyyətini, adət-ənənələrini və məişət həyatını özündə əks etdirən filmlərin nümayişi həyata keçirilib.

Festivalın açılışının ilk günündə cənab səfir Vanlalvavna Bavintlunq və səfirliyin əməkdaşları ilə yanaşı, hindistanlı qonaqlar da iştirak edib. Cənab səfir festivalın keçirilməsindən məmnunluğunu dilə gətirərək bu tipli tədbirlərin xalqlar arasında dostluq körpülərinin qurulmasındakı roluna toxunub. O, Hindistan və Azərbaycanın köklü kino keçmişinə sahib olmasına toxunaraq mədəniyyətlərimizin filmlər yolu ilə çatdırılmasının əhəmiyyətini dilə gətirib.

Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxış edərək gələn qonaqları salamlayaraq Mərkəzin belə xoş bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunub.

İlk gün tədbir iştirakçıları və qonaqlar real hadisələr əsasında çəkilmiş əzmkarlıq və mübarizliyin canlandırıldığı "Manjhi: The Mountain Man" filmini izləyiblər. Növbəti günlər ərzində isə müxtəlif mövzulu filmlər nümayiş olunmuş və izləyicilərin marağı ilə qarşılanmışdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ