Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2021 10:34
Afinadan Vilnüsə uçan sərnişin təyyarəsinin Minskdə zorla endirilməsi ilə bağlı gərginlik davam edir.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, qərb ölkələri Belerusu qırıcıların hədəsi ilə Minskə zorla endirilən təyyarə ilə bağlı sərt tənqid edib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, London Belarusa qarşı atıla biləcək addımları müttəfiqləri ilə müzakirə edir. Açıqlamaya görə, Lukaşenkonun qəribə addımı ciddi nəticələrə səbəb olacaq. Avropa Birliyi Komissiyasının açıqlmasında da, Belarusun addımı tənqid olunub. Polşa, Litva və digər Avropa ölkələri Belarusa qarşı sanksiyaların tətbiq edilməsini tələb edir.
Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi səbəbilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.