Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

56 yaşlı Boris Conson 3-cü dəfə ailə qurur - 33 yaşlı qızla evlənir - FOTO

56 yaşlı Boris Conson 3-cü dəfə ailə qurur - 33 yaşlı qızla evlənir - FOTO

Tarix: 24 May 2021 12:46

Britaniyanın Baş naziri Boris Consonun nişanlısı Kerri Saymonds ilə 2022-ci ilin iyul ayında evlənəcəyi bildirilir. Cütlük 2019-cu ilin sonlarında nişanlanıb, lakin bir çoxları kimi koronavirus pandemiyası səbəbindən toy planlarını təxirə salıblar.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda məlumatı "mk.ru" saytı yayıb.

Mənbə yazır ki, bu, Consonun üçüncü evliliyi olsa da, Saymonds üçün ilk evlilikdir.  

Cütlüyün bu hadisəni harada qeyd edəcəyi məlum deyil. Bununla birlikdə, Baş nazirin Bukingemşirdəki rezidensiyası olan Çekers toya ev sahibliyi etməlidir. Saymonds xeyriyyəçi olduğu üçün başqa bir mümkün yerin Kentdəki Port Limpn Safari Parkı olacağı deyilir.

Əvvəllər cütlüyün Saymondsun qohumlarının olduğu İtaliyada evlənə biləcəyi bildirilmişdi.

Ancaq bir mənbə "Sun" nəşrinə belə deyib: "Çekers ən azı bir dəfə xoşbəxt hadisələrin şahidi olsaydı, yaxşı olardı".

Nəşr toyun harada baş tutacağının sirr olaraq qalacağını, ancaq tarixin 30 iyul şənbə günü olduğunu bildirib.

56 yaşlı Conson və 33 yaşlı Saymonds "Douning Strit"də məskunlaşan ilk evlənməmiş cütlük idilər və 2019-cu ilin iyul ayında oraya köçüblər. O, bu təklifi qıza Karib dənizinin Mustique adasında tətil zamanı irəli sürüb. Onların nişanlanması və Saymondsun hamilə qalması barədə xəbərlər keçən fevral ayında yayılmışdı.

Həmin ay Conson rəsmi olaraq keçmiş arvadı Marina Uillerdən boşanıb, ondan iki qızı və iki oğlu var. Conson bir vaxtlar Allegra Mostin-Ouen ilə də evil olub. Saymonds və Consonun oğlu Uilfred Lori Nikolas Conson 2020-ci ilin aprelində anadan olub. 

Douning Strit və baş nazirin köməkçiləri "Sun" qəzetinin hesabatını şərh etməkdən imtina ediblər.

Milli.Az


Etiketlər:  56 yaşlı Boris Conson 3 dəfə ailə qurur 33 yaşlı qızla evlənir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ