Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan kubokunun qalibi kim olacaq?

Azərbaycan kubokunun qalibi kim olacaq?

Tarix: 24 May 2021 13:46

Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçiriləcək.

Milli.az qol.az-a sitiandən xəbər verir ki, "Bank Respublika Arena"da oynanılacaq həlledici matçda "Keşlə" və "Sumqayıt"  üz-üzə gələcək. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:30-da başlayacaq.

"Sumqayıt" bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. "Keşlə" isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamq hüququ qazanacaq. "Sumqayıt" kubokun qalibi olsa isə Premyer Liqada 4-cü olan "Zirə" avrokuboklarda iştirak edəcək.

24 may
 
19:30. "Keşlə" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
"Bank Respublika Arena"

Milli.Az


Etiketlər:  Azərbaycan kubokunun qalibi kim olacaq


RƏYLƏR