Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada kinoteatrlar açılır

Çexiyada kinoteatrlar açılır

Tarix: 24 May 2021 21:28

Bu gündən etibarən Çexiyada bir tamaşa zalı olan kinoteatrların bir qismi açılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əhalinin vaksinasiyası barədə yaxşı statistik xəbərlər alınandan sonra ölkə hökuməti belə bir addım atmağı qərara alıb. Bildirilir ki, ilk növbədə pandemiya ilə əlaqədar premyeraları təxirə salınmış kinofilmlər tamaşaçılara təqdim ediləcək. Sonra az müddətdə nümayiş etdirilmiş kinofilmlərin növbəsi çatacaq.

Eyni zamanda bildirilir ki, tamaşa zallarının sayı çox olan kinoteatrlar (multiplekslər) tamaşaçılar üçün hələlik qapalı qalacaq.

Onu da qeyd etmək lazımdır ki, pandemiya dövründə multiplekslər yüz milyonlarla avro məbləğində ziyana düşüblər. İndi onlar tamaşaçılara biletlərlə birlikdə qəlyanaltı və içkilər satmağa da icazə verilməsini gözləyirlər: aparılmış rəy sorğuları göstərib ki, əgər kinoteatrlarda filmlərə baxarkən popkorn və içkilərdən istifadə etməyə imkan verilməsə, respondentlərin yarısı ümumiyyətlə kinoya getməyəcək.

Milli.Az


Etiketlər:  Çexiyada kinoteatrlar açılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ