Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki yorğunluq sindromu və onu yaradan səbəblər

Xroniki yorğunluq sindromu və onu yaradan səbəblər

Tarix: 24 May 2021 23:51

Statistikaya görə, dünya əhalisinin təxminən 2,6 faizi xroniki yorğunluqdan şikayətlənir. Stres, yuxu problemi və əzələ ağrıları xəstəliyin əsas səbəbləridir. Bir müddət sonra onlarda diqqət pozğunluğu və yaddaşsızlıq da yaranmağa başlayır, iş qabiliyyəti getdikcə zəifləyir, gün ərzində aqressiv və gərgin olurlar.

Sonxeber.net bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "Belə xəstələr əsasən halsızlıq, əzginlik, yuxululuq, depressiv hal, iştahasızlıq, tez-tez təzyiqin düşməsi, heç nə etməyə həvəsin olmaması hallarından gileylənirlər. Həmin şikayətlərin altı aydan çox davam etməsi xroniki yorğunluq sindromu hesab olunur. Səbəbi tam olaraq məlum olmasa da, bəzi hallar, məsələn, yorğun iş rejimi, stresli həyat tərzi, psixoloji gərginlik yaşayanlarda belə hal daha çox müşahidə edilir".

Həmin halın aradan qaldırılması yolları barədə danışan həkim-terapevt deyib: "Depressiya halı yaşayanlardan xroniki yorğunluğun əsas səbəbləri sırasında immun sisteminin zəifliyi qeyd edilir. Fiziki iş, gündəlik rejimi düzgün formalaşdırmağa və aktiv həyata keçməyə çalışmaq lazımdır".

Araşdırmalar göstərir ki, həmin əlamətlər tənbəllik adlandırılan sindromun da göstəricisi ola bilər. Motivasiya və özünəinam hissinin zəif olması, hadisələrə ümidsiz və inamsız yanaşmaq əhval-ruhiyyəni aşağı salır və bu da iş qabiliyyətinin zəifləməsinə səbəb olur.


Etiketlər:  Xroniki yorğunluq sindromu yaradan səbəblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ