Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O səs”də Hadisənin yerinə onu gətirirlər

“O səs”də Hadisənin yerinə onu gətirirlər

Tarix: 25 May 2021 10:25

Gələn il "O səs Türkiyə" beynəlxalq layihənin münsif kürsüsündə müğənni Hadisə olmayacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb digər jüri Ebru Gündeşlə aralarında yaranan gərginlik olub.

Müsabiqənin rəhbəri Acun Ilıcalı gənc pop ulduzun yerinə gətiriləcək məşhuru müəyyənləşdirib. Sözügedən xanım sənətçi Gülşəndir. Ilıcalı artıq pop ulduzla görüşərək razılıq əldə edib.

Qeyd edək ki, münsif kürsüsündə Ebru Gündeş, Murad Boz və Bəyazit Öztürk (Bəyaz) əyləşir. Hadisə adının E. Gündeşin keçmiş həyat yoldaşı Rza Zərrabla hallanmasından sonra həmkarından inciyib. Belə ki, Gündeş KİV-in böhtan xarakterli yazılarından sonra Hadisəni müdafiə məqsədilə açıqlama verməyib.


Etiketlər:  səsdə Hadisənin yerinə gətirirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ