Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2021 11:08
Lənkəranda avtoritet saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayon sakini Elmar Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq "Makarov" tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.
Qeyd edək ki, cinayətkar aləmdə "kriti Elmar" kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.