Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda daha bir avtobus kartla ödənişə keçir

Bakıda daha bir avtobus kartla ödənişə keçir

Tarix: 26 May 2021 12:40

Bakıda daha bir avtobus BakıKart sisteminə keçir.

Bu barədə Sonxeber.net-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, mayın 27-dən 49 nömrəli marşrut xətti ("28 May" m/s (Səməd Vurğun bağı) - Sabunçu qəs.(Qəzənfər Musabəyov küç.)) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.


Etiketlər:  Bakıda daha avtobus kartla ödənişə keçir


RƏYLƏR