Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 yaşlı uşaq lobyadan niyə öldü? - Pediatr açıqlayır

5 yaşlı uşaq lobyadan niyə öldü? - Pediatr açıqlayır

Tarix: 26 May 2021 21:16

Lənkəranda 5 yaşlı uşağın lobya yedikdən sonra zəhərlənib ölməsi xəbəri bir çox valideynlərdə narahatlıq yaradıb. Axı niyə uşaq lobyadan öldü?

Sonxeber.net xəbər verir ki, vəziyyəti çox ağırlaşan uşağa həkimlər fovizm diaqnozu qoyublar.

Pediatr həkim Vaqif Qarayev uşaqların lobyadan hansı səbəbdən öldüyünü və fovizmin nə olmasını açıqlayıb.

"Fovizm irsi xəstəlikdir, uşaqda anadangəlmə ferment çatışmazlığnda yaranır. Bu uşaqlarda anemiya da olur. İrsi xəstəliklər uşaq doğulandan sonra vaxtında diaqnoz olunduqda belə uşaqları təhlükəsiz yaşatmaq olur. Fovizmdə paxlalı bitkilər, qidalar və bəzi dərmanlardan istifadə qadağandır.

Uşaqlarda anemiyalar da çoxalıb. Ümumi qan analizini verməklə bunu ilkin diaqnoz etmək olar". /medicina.az


Etiketlər:  yaşlı uşaq lobyadan niyə öldü Pediatr açıqlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ