Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2021 23:12
İranın Həmədan şəhərində Müqəddəs Müdafiə Muzeyi fəaliyyət göstərir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, açıq havada qurulan muzey 8 illik İran-İraq müharibəsində İran ordusunun əsgərlərinin şücaətini əks etdirir. Şəhərin Kayim meydanında yerləşən muzeydə müharibə dövründə istifadə olunan və qənimət kimi ələ keçirilən silah-sursat, hərbi texnika və şəhid olan əsgərlərə aid əşyalar nümayiş olunur.
Qeyd edək ki, 1980-ci ilin 22 iyulundan başlayaraq 1988-ci ilin avqustunda başa çatan müharibədə İran xalqı və ordusu cəsarətlə ərazilərini qorudu.