Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Düşündüyümü deyirəm''lə ''Mən ədəbsizəm'' arasındakı sərhəd çox incədir''

''Düşündüyümü deyirəm''lə ''Mən ədəbsizəm'' arasındakı sərhəd çox incədir''

Tarix: 27 May 2021 01:00

"Başqasının zahiri görünüşünə (geyiminə, saçına, bədən və üz quruluşuna) dair dediyiniz məsləhətlər, şərhlər və kinayəli göstərişlər etməyin. Əgər bir insanın görünüşü sizə və yaxınlarınıza ziyan vurmursa, saçları gözünüzə batmırsa, ailənizlə nahar edərkən evinizə soxulub, "tatoo"larını açıb sizə göstərmirsə, onun köklüyü və ya "çilingağac kimi" arıqlığı sizin ölüm-qalım məsələnizə təsir etmirsə, qulağına taxdığı 25 dənə sırğa dişinizə ilişmirsə - fikrinizi özünüzdə saxlayın və elə özünüzlə müzakirə edin. Siz bəyənmədiyiniz birini izləmək və sevmək məcburiyyətində deyilsiniz. İzləməyin. Yox, elə hər vəchlə izləyib, qıcıq olmağı sevirsinizsə, demək mazoxistsiniz. Bu isə diaqnozdu. Heç kim də sizin "mən belə düşünürəm"inizə dözmək məcburiyyətində deyil".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə sosial şəbəkədə yazıb. Sənətçi ümvanına tənqid yazanlara cavab verib. O, ədəbsizlik sayılan hərəkətləri sadalayaraq bunlarə əlavə edib:

"Əgər işinə qarışdığınız insan sizin ailə üzvünüz, sevgiliniz və ya dostunuz deyilsə və həmin insanın şəxsi-iş-günlük həyatı heç cür sizə ziyan vurmursa, sizin kiminsə həyatına qarışmağa, eyibləməyə, məsləhət və göstəriş verməyə haqqınız yoxdur. Vallah yoxdur. 

Vəli gəzməyi sevir, Pirvəli üzməyi. Vəli ət yeyir, Pirvəli ot. Vəli daşa inanır, Pirvəli quşa. Sənə nə? Mənə nə? Ən doğrusunu sənmi bilirsən? Əgər bilirsənsə - çox gözəl. Elə o doğruları özünə tətbiq elə, görək o dediyin "düzgünlük" nəmənə olan şeydi.

Nə qədər ki, məhz sizdən soruşmayıblar, məhz sizdən kömək və məsləhət istəməyiblər, məhz sizi müəyyən sahədə ekpert təyin etməyiblər - nə əl uzadın, nə də dil. Ruslarda belə bir deyim var: Сложно молчать, когда тебя не спрашивают. Gəlin hər kəs öz həyatını səliqə-səhmana salsın, öz papağını öz mıxından assın, hər sahədə ideala çatsın, ondan sonra gəlib bizə - sənə, mənə, ona, buna məsləhətlərini paylasın, oldumu? Hərə öz arşınını alıb, başqasının boyuna qamış ölçməsin. "Mən düşündüyümü deyirəm"lə "Mən ədəbsizəm" arasındakı sərhəd çox incədir. Sərhədi keçməyin, lütfən".


Etiketlər:  Düşündüyümü deyirəmlə Mən ədəbsizəm arasındakı sərhəd çox incədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ