Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

18 ildən sonra Superliqaya yüksəldilər

18 ildən sonra Superliqaya yüksəldilər

Tarix: 27 May 2021 08:14

Türkiyə Superliqasına vəsiqə qazanan sonuncu klub da bəlli olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, sonuncu vəsiqəni "Altay" təmin edib. Sözügedən komanda pley-offun finalında "Altınordu"ya 1:0 hesabıyla qalib gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən oyunda yeganə qolu 89-cu dəqiqədə Marko Payşao vurub.
 
Beləliklə, Mustafa Dənizlinin çalışdırdığı "Altay" 18 illik fasilədən sonra Superliqada iştirak hüququ qazanıb. Daha öncə TFF 1-ci liqada çempion olan "Adana Dəmirspor" və ikinci pilləni tutan "Girəsunspor" klubları elitaya vəsiqəni təmin etmişdi.
 
Xatırladaq ki, 2020/21 mövsümünün yekununa əsasən, Superliqanı "Ərzurumspor", "Ankaragücü", "Gənclərbirliyi" və "Dənizlispor" klubları tərk edib.


Etiketlər:  ildən sonra Superliqaya yüksəldilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ