Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda halal hotellər - VİDEO

Bakıda halal hotellər -  VİDEO

Tarix: 27 May 2021 11:36

Pandemiyadan ən çox ziyana düşən mehmanxana biznesi oldu

Hesablama Palatası mehmanxana sektorunu iqtisadiyyatın pandemiyadan ən çox təsirlənən sahəsi sayıb. Palatanın rəyinə görə, 2020-ci ilin ikinci rübündə sektorda 70 faizdən çox azalma olub.

REAL əhlil-İnformasiya Mərkəzi problemdən çıxış yolları tapmağa çalışıb.

Bakının otel sektorunda son bir il ərzində müşahidə edilən proseslər ölkədə "halal otellər" şəbəkəsini yaradılmasının vacibliyini ortaya çıxarıb.

REAL TV-nin araşdırmasına görə, bu otellərin şəbəkəsinin qurulması ilə daxili turizmdə ciddi canlanma yaranacaq, həmçinin vətəndaşların "qohum evində qonaq qalmaq" alışqanlığı üzündən koronavirusa yoluxma təhlükəsinin səviyyəsi xeyli aşağı düşəcək.

Mütəxəssislər Bakıya iş və ya qohumları ilə görüşmək üçün gələn əyalət sakinlərinə bu cür təhlükədən uzaq durmaq üçün otellərdə qalmağı tövsiyyə edirlər: Pandemiya dövründə Azərbaycanda mehmanxana sektoru heç zaman öz işini dayandırmayıb və qiymətlər də xeyli ucuzlaşıb.

Həm də otelçilik sektoru təmsilçisi Nərgiz Əsgərovanın REAL TV-yə bildirdiyinə görə, son bir ildə otellərdə pandemiya təhlükəsinə qarşı ciddi tədbirlər görülüb:

Nərgiz Əsgərovanın fikrincə, Bakıya qonaq gəlmiş əyalət sakini əgər təsadüfən koronavirusa yoluxarsa belə, o zaman oteldə olmağı daha məsləhətdir.

Lakin bununla belə, Bakıda otel qiymətlərinin son bir ildə 50 faizdən çox ucuzlaşması, pandemiyadan öncə bir nəfərlik otağı 40 dollara təklif edən dörd ulduz otellərin qiyməti 40 manata salması belə, vəziyyəti dəyişməyib. İş üçün paytaxt Bakıya gələn sıravi azərbaycanlı 40 manat xərcləməklə, yatmağa rahat otaq, gözəl vanna otağı və keyfiyyəti səhər yeməyi verən dörd ulduzlu oteldə qalmaqdan imtina edərək, 50 manatlıq bazarlıq edib qohum evinə üz tutur, bir tikə Allah qismət edəndən yeyir, səhər-səhər duş almadan evi tərk edir və indiki şəraitdə ciddi pandemiya təhlükəsi ilə üz-üzə qalır.

Bu nə ilə bağlıdır?

REAL TV-nin Bakı otelçiləri arasında apardığı araşdırmadan aydın olub ki, əhali arasında otellərdə qalmaqla bağlı ciddi stereotiplər mövcuddur və adətən otel dedikdə içkili əyləncə məkanı, gizli sevgi görüşləri təşkil edən yer, yaxud intim xidmət göstərən çox sayda qızın toplaşdığı məkan düşünülür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, pandemiyanın tüğyan etdiyi 2020-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub. Bunun real nə demək olduğunu otellərin doluluq göstəricisi açır - 2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsi 6,5 faiz səviyyəsində olub. Bu o deməkdir ki, orta hesabla mexmanxanalarda 15 nömrədən biri dolu olub. 2019-cu ildə isə doluluq göstəricisi 22,1 faizə bərabər olub, yəni 4 nömrədən biri dolu olub.

Əslində, bu məsələdə qonşu ölkələrin, o cümlədən qardaş Türkiyənin təcrübəsini öyrənmək daha məsləhətli olardı. Türkiyədə də içki və əyləncə təklif edən otellər çoxdur.

Lakin Türkiyə əhalisinin yarıdan çoxunu təşkil edən mühafizəkar insanların çəkinmədən üz tutduqları otel şəbəkələri də var ki, insanlar həmin mehmanxana şəbəkələrini "halal otel" adlandırırlar.

Türkiyədə ilk ixtisaslaşdırılmış halal otel şəbəkələri 2000-ci illərin əvvəllərində başlayıb və bu illər ərzində ölkədə yüzlərlə halal otel açılıb. Bu, Türkiyədə daxili turizmə böyük dəstək verib. Halal turizm Türkiyədə orta qiymət səviyyəsində xidmət göstərir. Bu otellərin özəlliyi mətbəxində halal qidalardan istifadə edilməsi, alkoqolsuz içkilər, qadınlar üçün tam təhlükəsiz çimərlik və hovuzlar yaradılmasıdır. Otellər ciddi şəkildə qorunur və kənar şəxslərin, nikahsız cütlüklərin onlara girişi qeyri-mümkündür. Bu özəlliklər mühafizəkar insanların həmin otellərə etibar etməsinə imkan yaradır.

Milli.Az


Etiketlər:  Bakıda halal hotellər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ