Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyandan Bakıya absurd TƏKLİF

Paşinyandan Bakıya absurd TƏKLİF

Tarix: 27 May 2021 22:36

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan üç gün əvvəl "Azərbaycanla sərhədin demarkasiyasıyası və delimitasiyası ilə bağlı müqavilə imzalana bilər, şərtlər hazırdır" demişdi.

Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, həmin "təkliflər" bəlli olub.

N.Paşinyan sərhəddə delimitasiya və demarkasiya ilə bağlı gərginliyi aradan qaldırmaq üçün Azərbaycana hərbçilərimizi "geri çəkməyi", habelə sərhəddə ABŞ nümayəndələrindən ibarət beynəlxalq müşahidəçilərin formalaşdıracağı monitorinq qrupunu yerləşdirməyi təklif edib.

Paşinyanın fikrincə, ABŞ ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olduğundan, vasitəçi statusuna malikdir.

"Dünya birliyinə müraciət edirəm və təklifim Azərbaycan rəhbərliyinə də ünvanlanıb. Anlaşırıq, hər iki tərəfin silahlı birləşmələri sərhəddən eyni məsafədə geri çəkilir, daimi dislokasiya yerlərinə qayıdırlar. Sərhəd boyunca isə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdən - Rusiyadan və ya ABŞ-dan - olan beynəlxalq müşahidəçilər yerləşdirilirlər", - N.Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasında deyib.

Bu absurd təklif noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərin birbaşa, kobud şəkildə pozulmasıdır.


Etiketlər:  Paşinyandan Bakıya absurd TƏKLİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ