Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2021 00:35
ARB TV-nin "Onun sirri" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.
Sonxeber.net xəbər verir ki, müğənni, aparıcının "Həyat yoldaşından ayrılmaq istəmisən?" sualını cavablandırıb:
"Xeyir, bizdə ciddi olmayıb. Söz-söhbət olub, amma çox az, küsülü qala bilməmişik. Sevgi olan yerdə küslük, inciklik, kin saxlamaq olmur. Nadir hallarda bir-birimizə acı söz deyirik".
İfaçı daha sonra həyat yoldaşına olan böyük sevgisindən ağız dolusu danışıb:
"Aramızda hörmət və böyük sevgi var. Hər kəsə o cür sevgi, elə bir şəxs arzu edirəm. Həm dəyər verir, həm sevir, həm də qoruyur. Mən ondan öncə hər şeyə sahib idim. Mən hər şeyi kənara qoyub onu seçmişəm və bunu hamı bilir. Allahım şahiddir ki, sevərək ailə qurmuşam. Onu dünyalar qədər çox sevirəm".