Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus dişlərin dağılmasını sürətləndirir - Stomatoloq

Koronavirus dişlərin dağılmasını sürətləndirir - Stomatoloq

Tarix: 28 May 2021 20:18

Koronavirusa yoluxduqdan sonra insanın ağız boşluğu və tüpürcək vəzilərinin işi pozulur, bu zaman dişlərin çürüyüb dağılması prosesi daha da sürətlənir.

Milli.Az xəbər verir ki, Stomatologoya institutunun direktoru İrina Makeyeva infeksion xəstəliklərin ağız boşluğunun mikroflorasını pozduğunu bildirib.

"Birincisi, xəstə yüksək hərarətdən və əzginlikdən günlərlə dişlərini həmin ərəfədə təmizləmir. İkincisi ağız suyu və tüpürcəyinin tərkibi dəyişir. İnfeksion xəstəlik və viruslar tüpürcək suyunun qurumasına, az hasil olmasına səbəb olur. Nəticədə diş minasının səthi təmizlənmir, dezinfeksiya getmir. Dişlərdə çürümə, kariyesin dərinləşməsi, hətta minanın dağılması sürətlənir.

Eləcə də koviddən sonra diş əti və damar iltihabına rast gəlinir. Əgər koviddən sağalanlarda bu problemlər yaranıbsa, yubanmadan stomatoloqa getməlidir". /medicina.az

Milli.Az


Etiketlər:  Koronavirus dişlərin dağılmasını sürətləndirir Stomatoloq


RƏYLƏR