Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2019 22:06
Bakı. Trend:
Beyləqan rayonunda yanğın hadisəsi baş verib.
FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 49 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 15 m² sahədə, yaxınlıqda yığılan 34 ton ot bağlamasının 6 tonu və ümumi sahəsi 58 m² olan qamışdan ibarət köməkçi tikili yanıb.
Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin