Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 17:56
Eskişehirdə (Türkiyə) fırıldaqçılıqla pul qazanan falçı barədə məhkəmə qərar qəbul edib.
Sonxeber.net haberturk.a istinadən xəbər verir ki, qadın dərviş lojası adıyla qurduğu evində psixoloji pozğunluqları olan insanları müalicə etmək adı ilə aldadırmış. Bəlli olub ki, bu fəaliyyətindən 13 milyon lirə gəlir götürüb. Bütün bunlardan sonra Sibel Gönül məhkəmə zalından sərbəst buraxılıb. Eyni zamanda ölkədən qovulması qərarı çıxarılıb. Halbuki, prokurorluq onun barəsində 121 il həbs cəzası istəyirdi. Prokurorluq qərardan etiraz verib.
Kamran Seyidov