Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 23:48
Qırmızı mərci yağı mərci toxumlarından alınır. Bu bitkinin vətəni Cənub Şərqi Asiya və Şərqi Avropa ölkələridir. Xalq arasında onu " yalançı kətan toxumu"da adalandırırlar. Qırmızı mərcidən daş dövründə də istifadə edilib. O faydalı qida maddələrindən hesab edildiyi üçün seleksiyaçıların diqqətini özünə cəlb etmişdir. Müasir günümüzdə dünyanın bir çox ölkələrində qırmızı mərcinin becərilməsi ilə məşğul olunur. Onun qida dəyərliliyi yüksək olduğu üçün qırmızı mərcinin həm özündən, həm də yağından istifadə olunur. Qırmızı mərci yağı MDB ölkələrində ilk dəfə XX əsrdə alınmışdır. Bu yağ sağlam həyat tərzi keçirmək istəyənlər üçün əla qida vasitəsidir.
Nercə seçməli?
Mütəxəssislər rafinə eilməmiş qırmızı mərci yağından istifadə etməyi məsləhət bilir. Bu yağın antioksidant xüsusiyyəti daha yüksəkdir. Aldıqda yağın şüşə qablaşdırmada olmasına və istehsal tarixinə də diqqət yetirmək lazımdır.
Qida sənayesində tətbiqi
Balanslaşdırılmış faydalı tərkibinə görə bu yağ dietik yağlardan hesab edilir. O vegeteryanlar üçün əla qida vasitəsi sayılır. Rafinəedilməmiş qırmızı mərci yağının özünəməxsus xüsusi qoxusu, iştahartırıcı xüsusiyyəti və sərt dadı olur. Ondan müxtəlif salatların, tərəvəz yeməklərinin, qarnirlərin, şorbaların, plovların hazırlanmasında istifadə edilir. Onu müxtəlif souslara əvəz etdikdə çox dadlı olur.
Faydalı tərkibi
Qırmızı mərci yağının qida dəyəri çox yüksəkdir. Onun tərkibi A, E, D vitaminləri, maqnium, doymamış yağ turşuları ilə zəngindir. Bu yağın qida dəyəri onun tərkibində Omeqa3, Omeqa6 yağlarının olması ilə qiymətləndirilir. Tərkibində E vitamininn çox olması mərci yağının antioksidant təsirə malik olmasını sübut edir. Bu yağın faydası günəbaxan və soya yağlarının faydasından qat-qat yüksəkdir.
Onun tərkibində olan A vitamininin miqdarı digər bitki yağlarında olduğundan daha çoxdur. Mərci yağının tərkibində çoxlu miqdarda maqnium var. Onun tərkibində olan bioloji aktiv maddələr, xlorofillər, fosfolipidlər, fitosterollar bu yağın orqanizm üçün faydalı olduğunun sübutudur. Qırmızı mərci yağı bakteriasid, xərçəng əleyhinə, antisklerotik təsirə malikdir. Ondan istifadə etmək hormonal xəstəliklərin, prostat vəzi xəstəliklərinin sağalmasına səbəb olur.
Müalicəvi tərkibi
Qırmızı mərci yağının tərkibi antioksidantlarla, makro və mikro elementlərlə, bioloji aktiv maddələrlə zəngindir. Bu maddələr orqanizmə yarasağaldıcı, iltihab əleyhinə, parazit əleyhinə təsir göstərir. Ondan bir çox xəstəliklərin profilaktikasında istifadə olunur. Qırmızı mərci yağı ürək-damar xəstələri üçün çox faydalıdır. Bu yağın tərkibində olan doymamış yağ turşuları damarların elastikliyinin və möhkəmliliyinin artmasına səbəb olur. O damar divarlarında yığılıb qalmış pis xolesterinin təmizlənməsinə səbəb olur. Tərkibində olan A, E, F, D vitaminləri sərbəst radikallara qarşı mübarizə aparır, arterial təzyiqin normallaşmasına səbəb olur, iltihabi prosesləri aradan qaldırır. Davamlı olaraq qırmızı mərci yağından istifadə eləmək qanın laxtalanmasının qarşısını alır. Bu yağ atereskleroz, anemiya, varikoz, stenokardiya, işemik xəstəliklər, tromboflebit xətəliklərinin əlamətlərinin azalmasına səbəb olur. Qırmızı mərci yağı mədə-bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. Uzun müddət bu yağdan istifadə etmək helmint xəstəliklərinin sağalmasına səbəb olur. Qırmızı mərci yağı orqanizmdə hormonal balansın normallaşmasına səbəb olur, artıq piylərin xaric olunmasını sürətləndirir, immuniteti yüksəldir, qadın xəstəlikləri ilə əlaqədar problemləri həll edir, osteoparoz əlamətlərini azaldır. Tərkibində olan omeqa yağları orqanizmdən ağır metal duzlarının xaric edilməsinə səbəb olur.
Kosmetologiyada tətbiqi
Qırmızı mərci yağı dəriyə iltihab əleyhinə, allergiya əleyhinə, yarasağaıdıcı, bakteriasid təsir göstərir. O bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur.
Ev şəraitində qırmızı mərci yağından kosmetik vasitə kimi istifadə etmək olur. Onu davamlı olaraq üzə sürtmək dərinin cavanlaşmasına, qidalanmasına, dəri xəstəliklərindən xilas olmasına səbəb olur. O orqanizmdə aşağıdakılara səbəb olur:
* Tərkibində olan A və E vitaminlərinin qarışımı dərini gözəlləşdirir, qidalandırır.
* Mərci yağı dərinin elastikləşməsinə səbəb olur.
* Mərci yağı dərialtı kapilyarların divarlarını möhkəmləndirir.
* Dəridəki allergiya əlamətlərinin aradan qalxmasına səbəb olur.
* Dəridəki qırışların açılmasına və quruluğun aradan qalxmasına səbəb olur.
* Piqment ləkələrini aradan qaldırır.
* Dərinin qocalmasının qarşısını alır.
* Dəridə və dodaqlarda olan çatların qısa zamanda sağalmasına səbəb olur.
* Dərini gün şüalarından qoruyur və yaşlanmanı ləngidir.
Qırmızı mərci yağının zərərli xüsusiyyətləri
Xolisistitdən və pankriatitdən əziyyət çəkənlərə bu yağdan istifadə edərkən həkmləri ilə məsləhətləmək tövsiyə edilir. Mədə bağırsaq xəstəliklərinin kəskinləşmə dövründə qırmızı mərci yağından istifadə etmək məsləhət görülmür.
Mərcinin tərkibində olanlara qarşı allergiyası olan adamlara mərci yağından istifadə etmək allergiya əlamətlərinin meydana çıxmasına ssəbəb olur.