Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PKK-nın önəmli adamı öldürüldü - Əməliyyat

PKK-nın önəmli adamı öldürüldü - Əməliyyat

Tarix: 30 May 2021 12:52

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Pəncə-Şimşək əməliyyatını həyata keçirən Türkiyə ordusunu pusquya salmaq istəyən 4 terrorçu məhv edilib.

Əməliyyat nəticəsində PKK-nın önəmli adlarından olan Səlahəddin Dədə, Məhmət Əmin Alkaş, İrən əsilli "Dara Beritan" kod adlı Babək Əbdilsələndəci və digər terrorçu öldürülüb.

Qeyd edək ki, 10 ildir PKK-da olan Dədənin terrorçuların başçısı Murad Qarailanla yaxınlığı bilinir. Hətta onun yayda terror təşkilatında yüksək vəzifəyə gətiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.


Etiketlər:  nın önəmli adamı öldürüldü Əməliyyat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ