Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda məhkəmə hakimi arvadını öldürməkdə ittiham edilir

Bakıda məhkəmə hakimi arvadını öldürməkdə ittiham edilir

Tarix: 31 May 2021 08:40

Bakıda məhkəmə hakimi arvadını öldürməkdə ittiham edilir.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gecə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.


Etiketlər:  Bakıda məhkəmə hakimi arvadını öldürməkdə ittiham edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ