Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2021 09:58
Əsl ad və soyadı Mia Kallista olan əslən livanlı, ərəb Mia Xalifa dünya pornoqrafiya biznesinin "tanınmış sima"larından biridir.
Sonxeber.net bildirir ki, ABŞ vətəndaşı olan 28 yaşlı Mia Xalifa Twitter-dəki akkauntunda şərab içərkən çəkilmiş fotosunu paylaşaraq İsrailə ünvanlanmış belə paylaşım edib: "İçdiyim şərab aparteid rejiminizdən daha yaşlıdır".
İsrailin kəşfiyyat və əks-kəşfiyyat strukturu olan MOSSAD da Mia Xalifaya cavab olaraq Twitter akkauntunda yazıb: "Mia Xalifa nasistlərin Fransanı işğal etməsini təqdir edir?"
İsrail kəşfiyyat zabitləri onun şərabının nasistlərin işğalı zamanındakı Fransadan olduğunu qeyd ediblər. Bununla da onlar iddia edirlər ki, Mia Xalifa nasistlərin Fransanı işğalını dəstəkləyir.
Xatırladaq ki, aparteid (afrikaans dilində apartheid - ayrı yaşamaq) - irqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir.