Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2019 13:24
“Trabzonspor”un 22 yaşlı futbolçusu Yusuf Yazıçı klubdan ayrılmaq qərarı verib.
Qol.az-ın xəbərinə görə, bu haqda futbolçu özünün sosial şəbəkəsi hesabında yazıb. Mesajında Qara dəniz təmsilçisindən gedəcəyini bildirən futbolçu azarkeşlərlə vidalaşıb.
Qeyd edək ki, gənc yarımmüdafiəçi karyerasını Fransanın “Lill” klubunda davam etdirəcək. Bu transferdən “Trabzonspor”un 19 milyon avro qazanacağı bildirilir.