Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin həqiqəti öyrənəcəyi tarix: Son 18 gün - Nələr olacaq? - ŞƏRH

Ermənilərin həqiqəti öyrənəcəyi tarix: Son 18 gün - Nələr olacaq? - ŞƏRH

Tarix: 31 May 2021 17:42

"Nikol Paşinyanın keçmiş prezidentləri iyunun 18-də birbaşa efirdə baş tutacaq debata çağırması onun xeyrinə nəticələnəcək".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Paşinyan onu üçtərəfli sazişə (10 noyabr) imza atması ilə bağlı ittiham edənləri susduracaq:

"Paşinyan o debatda Levon Ter-Petrosyandan ola bilsin ki, müəyyən qədər çəkinsin. Çünkü Petrosyan onun müəllimi olub. Ermənistanın birinci prezidenti bəlkə də Paşinyanın üzərində çox haqqı olduğu üçün Paşinyanın əvvəli ilə bağlı müəyyən fikirlər səsləndirə bilər, ona "Sən mənim şagirdim oldun, amma doğru davranmadın" deyə bilər. Amma ümumiyyətlə düşünürəm ki, Paşinyan bu seçkinin də qalibi olacaq, bu proseslərdən də qalib çıxacaq və böyük ehtimal Ter-Petrosyana, Köçəryana da qalib gələcək. Çünkü Paşinyanın sualları ortadadır. Paşinyan deyir ki, əgər bu ordu məğlub olubsa, bu ordu pərakəndə vəziyyətdə idisə, bu ordu biabırçı gündə idisə, mənim günahım deyil. Çünkü mən cəmi 2 il hakimiyyətdə olmuşam. Bu, sizin günahınızdır. 30 il ərzində ölkəni bu hala salmısınız. İqtisadiyyat bu gündədirsə, sənaye bu gündədirsə siz etmisiniz, ölkəni siz satmısınız, ordunu siz dağıtmısınız. Azərbaycanla vəziyyəti gərginləşdirub, siz müharibə şəraitinə gətirib çıxarmısınız, Günahkar sizsiniz". Hətta Paşinyan açıq şəkildə dedi ki, "mən məğlub olmağımla fəxr edirəm. Yəni, belə ordu ilə mənim edə biləcəyim başqa bir şey yoxdur". Bu məsələnin bir tərəfi.

Paşinyan onu üçtərəfli (10 noyabr 2020) sazişə imza atması ilə bağlı ittiham edənlərə də cavab olaraq bildirir ki, Ay Ter-Petrosyan, axı sən özün razılşamışdın ki, biz Dağlıq Qarabağ ətrafı rayonları qaytaraq və Dağlı Qarabağa müəyyən status verilsin. Və hətta orada müəyyən şərtlər də var idi ki, Zəngəzurun bir hissəsi ilə Naxçıvanın bir hissəsi dəyişdirilsin.

Eyni zamanda Köçəryanın özü də oxşar bir plan imzalayıb. Orada da Mehrinin bir hissəsinin Azərbaycana verilməsi, əvəzində Ermənistanın bir keçidi əldə edilməsi var idi. Mehri dəhliz kimi Azərbaycana verilməli idi. Yəni Köçəryanın müzakirə etdiyi oxşar bir predmet olub. Amma tam yerinə yetməyib, yekunlaşmayıb. Paşinyan onlara (Levon Ter-Petrosyan və Robert Köçəryana-red) deyir ki, ikiniz də bu müqaviləyə imza atmaq istədiniz, amma bacarmadınız. İndi sə məni sülhə imza atmaqda ittiham edirsiniz, çünkü siz özünüzün də imzalayacağınız şərtlər Ermənistan üçün heç də yaxşı deyildi. Siz o şərtləri razılaşırdınız, danışırdınız, amma əvəzində "biz 1 sm torpağı da geri verməyəcəyik" deyirdiniz. Nəticədə sizin bu yanaşmanıza görə Azərbaycan torpaqlarını azad etdi.

Ona görə, düşünürəm ki, burada Paşinyanın uduzacağı heç bir şey yoxdur. O, ölkənin iqtisadi, siyasi, hərbi vəziyyətinin bu vəziyyətdə olmasına görə məsuliyyət daşımır. Bunu açıq şəkildə bəyan edir. Bildirir ki, siz əlverişli sülhə icazə vermədiniz, halbu ki, özünüz yenə də xalqa aldatmağa cəhd edirsiniz".

Təhməz Əsədov


Etiketlər:  Ermənilərin həqiqəti öyrənəcəyi tarix gün Nələr olacaq ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ