Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2021 16:08
Fransa Milli Məclisinin spikeri Rişar Ferran Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşdə ermənilərə tam dəstək bəyanatını səsləndirib. O bildirib ki, rəsmi Paris Cənubi Qafqazda baş verən proseslərə ciddi önəm və diqqət ayırır.
Sonxeber.net xəbər verir ki, spiker "Fransa Ermənistanın tərəfindədir, xahiş edirik, bizim bu bəyanatı erməni xalqının diqqətinə çatdırın. Biz Ermənistanın çiçəklənməsi və sabitliyin bərqərar olması üçün əlimizdən gələni edəcəyik. Siz hər zaman bizə güvənmisiniz. Buna indi və gələcəkdə də ümid edə bilərsiniz" deyə spiker bildirib.
Azər Nuriyev