Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənniyə qarşı "qara piar" aparan Xalq Artistimiz - İnanılmaz iddia

Müğənniyə qarşı

Tarix: 1 Iyun 2021 16:30

Müğənni İlhamə Qasımova Xalq artisti Brilliant Dadaşova ilə aralarında yaşanan qalmaqaldan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu haqda sənətçi "ATV maqazin onlarla" verilişində danışıb. İlhamə "Son günlər sənə qarşı qara piar aparıldı" sözlərinə belə cavab verib:

"Sifarişli məqalələr çıxdı. Çoxu da İnstaqramda oldu. Açıram kimsə nəyəsə işarələyib. Mənasız məqalələr idi. Sayələrində 3 min izləyicim artdı. Sözün düzünü deyəndə pis olursan. Ona görə də mənə maraqlı deyil. Dedilər, guya, məndə həmin mükafat yoxdur, yalan danışıram. Çox gülməli idi. O tərəfdən olan rəylər mənə maraqlı deyil".

Qeyd edək ki, B.Dadaşovanın "Ermənilər arasında bizim musiqini sevənlər çoxdur. Nyu-Yorkda mükafat alanda, salonun yarısı erməni idi. Səhnə arxasında yaxınlaşırdılar. Hətta biri dedi ki, sənə qulaq asıb müğənni olmuşam. Başladı "Getmə" oxumağa. Eyni mənim kimi oxuyurdu. Bizimkilər isə məndən öyrənib, deyir, Zeynəb Xanlarovaya, Müslim Maqomayevə qulaq asmışam. Bizə düşmən olsalar da, etiraf edirdilər. Sadə xalq pis siyasətçilərin qurbanı olub" sözlərinə İ.Qasımova əsəbiləşmişdi.

O, Xalq artistinin ünvanına "Həmin mükafatlandırma mərasimində mən də olmuşam. O, bir azərbaycanlı kimi qrim otağına girdi, orada iki ermənidən başqa mən və Taleh var idi. Bizimlə heç salamlaşmadı. Otaqdan çıxıb erməni təşkilatçıdan özünə ayrı qrim otağı aldı. Guya ulduzluq etdi. Onların "afterparty"sinə də qatıldı, bizi ABŞ səfirliyində pis vəziyyətə saldı. Mən çıxışımı edəndən sonra konsertin ortasında çıxıb getdim. Həmin erməni təşkilatçı qadın mənə yazıb dedi ki, o, niyə sizinlə salamlaşmadı? Dedim ki, bizi tanımır ona görə, "ulduzdur". Erməni arvad cavab verdi ki, "Sizi tanımır? Amma konsert təklifi ediləndə, fikirləşəcəyini dedi. Sizin olacağınızı biləndə razılaşdı. Əgər sizi tanımasaydı, fikrini sonradan dəyişməzdi". Yenə də onun ayağını vermədim, o arvada hesab verməli deyildim. Sonra da gəldi Bakıya yalandan dedi ki, mənə 30 minlik "Mercedes" verdilər. ABŞ səfirliyi də bizi çağırdı ki, ora pul qazanmağa getmişdiniz? Nə maşın... Nə isə" sözlərini yazmışdı.

Milli.Az


Etiketlər:  Müğənniyə qarşı qara piar aparan Xalq Artistimiz İnanılmaz iddia


RƏYLƏR