Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda reyd: su oğruları ifşa edildi - VİDEO

Bakıda reyd: su oğruları ifşa edildi - VİDEO

Tarix: 2 Iyun 2021 10:36

Su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə "Azərsu" reydlər keçirib. Son 5 ayda Sabunçu rayonunda aparılan yoxlamalar zamanı 1000-dən çox sudan qanunsuz istifadə halı aşkarlanıb. Faktlarla bağlı qanunvericliyin tələblərinə uyğun tədbirlər görülüb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, su şəbəkəsinə 1000-dən çox qanunsuz qoşulma aşkarlanıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti içməli sudan qanunsuz istifadənin qarşısının alınması məqsədilə nəzarət tədbirlərini gücləndirib. Paytaxtın Sabunçu rayonunda keçirilən reydlər zamanı sahibkarlıq subyektləri və vətəndaşların tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxiləri və sudan qanunsuz istifadə halları aşkarlanıb. Belə hallara əsasən su sərfiyyatı böyük olan obyektlərdə - beton zavodunda, idman kompleksində, kafe və restoranlarda, avtoyuma və ət kəsimi məntəqələrində rast gəlinib. 

Rayonun Südçülük sovxozu adlanan ərazisində fəaliyyət göstərən Beton Zavodunun su təchizatı sistemlərinə baxış keçirilərkən məlum olub ki, sahibkar yaxınlıqdan keçən su xəttinə özbaşına qoşulma edib. Oxşar vəziyyət Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən idman kompleksində də aşkarlanıb. Obyektin su sərfiyyatı şübhə doğurduğundan mütəxəssislər su təchizatı sistemlərini tam araşdırıblar. Məlum olub ki, kompleksin ehtiyat su anbarına sayğacdankənar su xətti çəkilib. 

Şəhər Şossesi küçəsində yerləşən ət kəsimi və qapı istehsalı sexində, Zabrat qəsəbəsində yerləşən kafe, ət kəsimi, avtoyuma və avtotəmir məntəqələrində də sudan qanunsuz istifadə  halları aşkarlanıb. Bu obyektlərin sahibləri texniki şərt almadan və müqavilə bağlamadan özbaşına şəbəkəyə qoşularaq içməli sudan qanunsuz istifadə ediblər.  

Sudan qanunsuz istifadə hallarına əhali qrupuna aid abunəçilərdə də rast gəlinib. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi  Leyla Məmmədbəyova küçəsində bəzi fərdi həyət evlərində sayğacdankənar su xətti aşkarlanıb. 

Bütün faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib. Hər bir hal üzrə qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb və akt tərtib edilib.


Etiketlər:  Bakıda reyd oğruları ifşa edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ