Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 12:10
Yazıçı, jurnalist Kəramət Böyükçöl xəstəxanaya yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, o, bu barədə özü Facebook səhifəsində məlumat verib. Yazıçı postunda səhhətində ciddi problemlər olduğunu qeyd edib.
"Neçə gündür xəstəxanada yatıram, qaraciyərdəki ciddi problemlər, bunun da nəticəsində qandakı zəhər başımı, canımı, ümumiyyətlə bütün bədənimi elə bir şəkildə ağrıdır, elə bir şəkildə yandırır ki, adam o ağrılardan xilas olmaq üçün özünə ancaq ölüm arzulayır. Çox dəhşətdir. Heç düşmənimə də elə ağrılar arzulamıram. Yəqin, sabahda-filan başqa bir xəstəxanaya yatırılıb uzun müddət daha ciddi müalicə alacağam".
K.Böyükçöl dəhşətli ağrılarının olduğuna və müalicə prosesinin çətinliyinə baxmayaraq iki övladı üçün mübarizə aparıb yaşamaq istədiyini də qeyd edib:
"Ağrılar nə qədər şiddətli olsa da, o əzabların içində heç nə və heç kim üçün yox, bu çiçəklərim üçün yaşamaq həvəsim məni özünə qarşı elədiklərinə görə peşman eləyir. Öz çiçəklərimi, eləcə də hamınızın övladlarını uşaqlar günü münasibətilə təbrik edirəm. Balalar xoşbəxt olsun".