Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Canlı yayımda auditoriyanın gözü qarşısında intihar etdi - FOTO

Canlı yayımda auditoriyanın gözü qarşısında intihar etdi - FOTO

Tarix: 2 Iyun 2021 15:36

Məşhur "Instagram" bloqer Anxel Ernandes Qrado sevgilisinə təcüvüz etdikdən sonra canlı yayıma qoşulub. O, polis tərəfindən saxlanılarkən isə 50 minlik auditoriyasının gözü qarşısında intihar edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" xəbər yayıb.

Məlumata görə, gənc sevgilisinin əl-qolunu bağlayaraq onu zorlayıb, sonra isə başından balta ilə vurub. Lakin qız qaça və polisə müraciət edə bilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları canini saxlamağa çalışarkən o, öz maşınında qaçıb və telefonla polislərə silahlı olduğunu deyib.

Polislər tərəfindən mühasirəyə alınan Qrado maşından düşüb, onları təhqir edib, sonra isə özünü vurub. Bloqer xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Canlı yayımda auditoriyanın gözü qarşısında intihar etdi FOTO


RƏYLƏR