Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda keçən il yoxsulluq həddi 21,3 faiz olub

Gürcüstanda keçən il yoxsulluq həddi 21,3 faiz olub

Tarix: 2 Iyun 2021 21:36

Gürcüstanda əhalinin yoxsulluq səviyyəsi 2020-ci ildə 21,3 faiz təşkil edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, 2019-cu ilin göstəricisindən 1,8 faiz çoxdur. Yoxsul əhalinin 17,1 faizi şəhərlərdə, 27,5 faizi isə kəndlərdə yaşayır.

Gürcüstanda əmək qabiliyyətli insanlar 2019-cu illə müqayisədə 3 faiz azalaraq 2020-ci ildə 48,3 faizə çatıb. Ölkədə işsizlik səviyyəsi 2020-ci ildə 20,4 faiz olub.

Bu da 2019-cu illə müqayisədə 3,8 faiz çoxdur.


Etiketlər:  Gürcüstanda keçən yoxsulluq həddi faiz olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ