Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2021 09:32
Artıq 4-cü ildir ki, iyunun 3-ü bütün dünya Velosiped Gününü qeyd edir. Yeni bayramın təsis edilməsi haqqında qətnamə 2018-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilmişdir. Nəyə görə məhz velosiped bu qədər diqqətə layiqdir?
Bu, maddi cəhətdən çox sərfəli və ekoloji təmiz nəqliyyat növüdür. Velosiped mobil olmağa və şəhərin tıxaclarında dayanmamağa imkan verir. Velosipedlə hərəkət etmə idmanın inkişafına və ətraf mühitlə daha yaxın olmağa kömək edir.
Statistik məlumatlara əsasən, 2030-cu ilə qədər Avropada velosipedçilərin, eləcə də velosiped vasitəsilə səyahətlərin sayı 2 dəfə artmalıdır. Velosiped sürməyin populyarlaşması üzrə Panavropa planına imza atan 56 ölkənin təmsilçiləri bu fikirdədir.
Bu məsələdə rəsmi Bakı da kənarda qalmadı: Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimli bu günlərdə bəyan etdiyi kimi, Bakıda velosiped zolaqlarının inkişaf konsepsiyası həm Bakının Baş planında, həm də BNA-nin strateji inkişaf planında öz əksini tapmışdır. Ümumi strateji plana əsasən, Dənizkənarı park tərəfdə velosiped cığırlarının uzunluğu 7,5 km, 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251 km-dək təşkil edəcək.
Azərbaycan Dəmir Yolu da velosiped nəqliyyatının inkişafından kənarda qalmayıb: Abşeron dairəvi dəmir yolunun bəzi stansiyalarında artıq veloparkinqlər (velosiped dayanacaqları) quraşdırılıb, gələcəkdə isə onlarla bütün yeni stansiyaların təmin olunması planlaşdırılır. Bununla yanaşı paytaxtımızın müxtəlif hissələrində yerləşən yeni parklar xüsusi velosiped cığırları ilə təchiz olunur, velosipedlərin icarəsi üçün məntəqələr yaradılır. İri marketlər velosipedlərin rahat parkinqi üçün artıq xüsusi zonalar ayırır.
Velosipedçilər üçün infrastrukturun fəal surətdə yaradılması ilə bərabər Bakıda ildən ilə satışa çıxarılan velosipedlərin sayı da artır. Tut.az Pulsuz Elanlar saytının Velosipedlərin Satışı bölümünün statistik göstəricilərinə görə, Bakı və respublika bölgələrində velosipedlərin alqı-satqısı üzrə elanların sayı sürətlə artır. Satışın əsas hissəsini, qiyməti 250-300 manatdan başlayan Çin istehsalı olan velosipedlər təşkil edir. Burada liderlər StelSport, Adore, Saft, Anmier kimi brendlərdir. Satışın mərkəzi isə Sədərək TM-ində yerləşən mağazalardır. Öz növbəsində peşəkarlar, qiyməti 500 manatdan başlayan Avropa istehsalı olan daha keyfiyyətli sürətli Trinx, İsma, Cube və digər velosipedlərə üstünlük verirlər.