Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni terrorundan əziyyət çəkən ailə - VİDEO

Erməni terrorundan əziyyət çəkən ailə - VİDEO

Tarix: 4 Iyun 2021 10:24

11 oktyabr mənfur düşmənin gəncəyə atdığı ballistik raket nəticəsində evi eşiyi damadağın olan ailələrdən biri də Pərvin Cavadovdur.

Övladını qucağına alaraq böyük uçqun və dağıntılardan zorla çıxa bilmişdi. Ölümün pəncəsində qurtulan Pərvin bu gün həyat mübarizəsini bir başqa formada aparır. Hazırda yaşadığlı çətin həyat tərzi onu Real Televiziyasına gətirdi. Deyir bütün dəyən ziyan ödəniləcək deyilsə də hələ də onlara konkret bir söz deyilmir və süründürməçilik onların çətin durumunu daha da gərginləşdirir. Bildirdi ki, düzdür ev barədə təklif olundu amma ərazi baxımından köhnə yaşayış yerinə uzaq olduğu üçün əvəzində pul ödənişinə razılıq alsaq da məsələ daha da uzandı.

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki,Pərvin deyir ki güzaranı avtomobildən çıxırdı.Hadisədə o da yararsiz hala düşmüşdü. Bununla bağlı dəfələrlər müraciət etsə də bir bir cavab ala blməyib. Hazırda o çörək mənbəyindən də olub.

Gəncə Şəhər İcra Hakimiyyətindıən bildirldi ki Prezidentin tapşırığına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindın bina evlərində yaşayan ümumilikdə 89 ailənin mənzil məişət şaraitinin yaxşıladırılması ilə bağlı vəsait ayrılıb  və bu, Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə şəhərində inşa etdiyi binalardan məzil alınması üçün nəzərdə tutulub. Təkliflər olunsa da, bir neçə sakin həmin binadan ev yox mənzilin dəyərini istəyiblər. Bildirildi ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət edilib, rəsmi qaydada icazə aldıqdan sonra həmin məzilin dəyəri onların plastik kartlarına ödəniləcək. Bu proses 10 gün ərzində həll olunacaq. İnanırıq ki 44 günlük müharibədə erməni vəhşiliyinin qurbanları qısa zamanda problemlərini həll edə, firavan həyatlarına geri dönə biləcəklər.

Milli.Az


Etiketlər:  Erməni terrorundan əziyyət çəkən ailə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ