Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bitkoinin sehrli pullar dünyası - VİDEO

Bitkoinin sehrli pullar dünyası - VİDEO

Tarix: 4 Iyun 2021 11:44

Dünyanın ilk kriptoyalyutası bitkoin may ayında 35 faiz dəyər itirməklə beynəlxalq maliyyə bazarlarında ciddi təşviş doğurub. Mayın 8-də 59 min dollara qədər yüksəlmiş bitkoin mayın 23-də 33 min dollara qədər düşüb və hazırda 37-38 min dollardan satılır.

Lakin bu, qısamüddətli bitkoin ticarətçilərinə heç bir ümid vəd etmir və onlar sürətlə varlanmaq istəyi ilə aldıqları bu elektron valyutadan yaxa qurtarmaq istəyirlər. Hər halda, bir il qabaq yetərincə uzun müddət qiyməti təxminən 10 min dollar ətrafında dəyişmiş bu maliyyə aləti bu ilin əvvəlindən yenidən kəskin yüksəlişlər və enişlər nümayiş etdirib, çox insanı sürətlə zənginləşdirib, yaxud yoxsullaşdırıb. Nəticədə, dünyanın müxtəlif yerlərindən bitkoin bazarına nəzarət barədə çağırışlar edilib. Bəs bitkoin nədir və niyə sürətlə varlanmaq istəyənləri özünə cəlb edir?

Rəsmi olaraq dünya bitkoin barədə ilk dəfə 2011-ci ilin aprelində "Time" və "Forbes" jurnallarında dərc olunan məqalələr vasitəsi ilə xəbərdar oldu. Bitkoini yaradan gizli kiberpank qrupunun rəhbəri Kevin Andersen "Forbes"ə müsahibəsində qeyd edir ki, bitkoinin yaradıcısı əslində Satoşi Nakamoto adlı naməlum şəxsdir və Qevin Andersenlə ilk dəfə 2008-ci ildə elektron poçt vasitəsi ilə əlaqə saxlayıb. O, kriptoqrafik əsaslarla , yəni xüsusi proqram vasitəsilə müstəqil electron pul yaradıb və bu rəqəmsal valyuta dövlət valyutasını tam olaraq əvəz edir. Üstəlik onu saxtalaşdırmaq qeyri-mümkündür. Bitkoin heç bir məhdudiyyət bilmədən dövlət sərhədlərini keçir, onu banklarda saxlamağa ehtiyac yoxdur, saxlamaq üçün kompüterin sərt diski kifayətdir. Bitkoinin qiymətini isə xalqın ona olan tələbi müəyyən edir. Məhs buna görədə Amerika və Avropada onu mərkəzə tabe olmayan xalq valyutası adlandırırlar. Əgər 2009-cu ildə , yəni bitcoin yeni yaradılanda 1600 bitkoin üçün cəmi 1 dollar tələb olunurdusa, bu gün bu tələb 1 bitkoin üşün 38 min dollar təşkil edir. 2010-cu ildən yaranan bitcoin paltformalarında çox rahatlıqla pul mübadiləsi aparıla bilir. Yəni uduş və ya alqı satqıdan əldə etdiyin bitkoinləri pula rahatlıqla çevirə bilirsən. Qeyd edək ki, hazırda İnternet şəbəkələrdə bitkoinlə bağlı çox sayda leqal platformalar var və bitkoin qarşılığında əldə edilən pullar bank kartlarına köçürülə bilir. 2011-ci ildən başlayaraq bitkoinlə külli-miqdarda ətir, paltar, və s. kimi leqal və qeyri-leqal malların alınıb satılması onu daha da məşhurlaşdırıb. Bu bitcoin bahalaşmasının bir səbəbi idisə, digər səbəbi isə onun maksimum sayının məhdud olmasındadır. 2020-ci ildə bitkoin 300 faiz bahalaşaraq 52 min dollardan satılmağa başladı. Məşhur iş adamı İlon Maskın bitkoinə 1,54 milyard dollar yatırması da ajiotajı bir az da artırdı.

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki, indi bitkoinin qiyməti 38 min dollar ətrəfında dəyişir. Ekspertlər qiymətin düşməsini qısamüddətli gəlir tərəfdarlarının əllərindəki bitkoini satması ilə izah edirlər. Bu da göründüyü kimi bitkoinin qiymətinə elə də təsir edə bilmir. Bitkoin bahalığı üzündən kiçik sərmayəçilərin maraq dairəsindən kənardadır. Kiçik sərmayəçilər əsasən nisbətən ucuz, qiyməti 1 dollar ətrafında dəyişən kriptovalyutalara sərmayə yatırırlar. Ümid edirlər ki, nağdsız vəsaitlərə artan tələb, bu kirpitovalyutaları da gələcəkdə bahalaşdıra bilər.

Milli.Az


Etiketlər:  Bitkoinin sehrli pullar dünyası VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ