Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular - VİDEO - FOTO

AzTV və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular - VİDEO - FOTO

Tarix: 4 Iyun 2021 12:58

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Sonxeber.net xəbər verir ki, bu barədə AzTV sədri Rövşən Məmmədov məlumat verib.

"Baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!

Həmkarlarımız xatirələrimizdə işinin peşəkarı, mərd və cəsur şəxslər kimi qalacaqlar!",  -deyə R. Məmmədov qeyd edib.


Etiketlər:  AzTV Azərtacın əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak oldular VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ